AZ

Qurban Qurbanovdan "Kopenhagen" AÇIQLAMASI

"Bizim üçün çempionatda hər oyun vacibdir. "Kopenhagen"lə matçı düşünmürdük. Sadəcə, ola bilər ki, heyət həmin oyuna görə formalaşıb. Çempionlar Liqası matçında 1-2 dəyişiklik ola bilər. Bunlar tam fərqli oyunlardır".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

"Rəqiblər fərqlidir. Burada başqa cür hücumlar edirik, orada başqa fikirlər olacaq.

"Qəbələ" 5 müdafiəçi ilə oynayır, "Kopenhagen" isə 4 müdafiəçi ilə. Bəzən onlar da "beşli" müdafiə sistemində oynayır. Dünən bu sistemlə oynadılar. Bakıda fərqli sistem ola bilər.

Futbolçuların idman formasında bir az balans yox idi. "Araz-Naxçıvan"la matçda rotasiyalar etmişdik. "Kopenhagen"lə oyunda futbolçuların hazırlıq səviyyəsi yaxşı olmalıdır", - Q.Qurbanov qeyd edib. (sportinfo.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
8
olaylar.az

10Mənbələr