AZ

III MDB Oyunları: Belarus təmsilçisi qızıl medal qazanıb - Yenilənib

Belarus təmsilçisi Vsevolod Sarakavik Azərbaycanda keçirilən III MDB Oyunlarında qızıl medal qazanıb...

"Report"un Gəncəyə ezam olunan əməkdaşının məlumatına görə, o, 50 metr məsafəyə bras üsulu ilə üzməkdə birinci olub.

Rusiyalı Kirill Veremçuk ikinci, özbəkistanlı Muhammadismail Rahmonov üçüncü yeri tutub.

***

Azərbaycanda keçirilən III MDB Oyunlarında növbəti medalçılar müəyyənləşib.

"Report"un Gəncəyə ezam olunan əməkdaşının məlumatına görə, qadınların mübarizəsində 100 metr məsafəyə bras üsulu ilə üzməkdə qalib bəlli olub.
Rusiyalı Maya Yakovleva qızıl, Belarusdan olan Valeriya Şilko və Bajena Pivaş müvafiq olaraq gümüş və bürünc mükafat qazanıblar.

***

Rusiyanın daha bir təmsilçisi Azərbaycanda keçirilən III MDB Oyunlarında qızıl medal qazanıb.

"Report"un Gəncəyə ezam olunmuş əməkdaşının məlumatına görə, Dmitri Kravtsov 100 metr məsafəyə arxasıüstə üzmə yarışında birinci olub.
Belarusdan olan Nikita Apanasik və Kiril Bantseviç müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

***

Azərbaycanda təşkil olunan III MDB Oyunlarında növbəti medalçılar bəlli olub.

"Report"un Gəncəyə ezam olunmuş məlumatına görə, 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışında mükafatçılar müəyyənləşib.

Rusiyalı Valeriya Brazniçenko birinci, onun həmyerlisi Anastasiya Çernışova ikinci, Belarusdan olan Kseniya Mastoviç üçüncü yeri tutub.

Azərbaycan təmsilçilərindən Anastasiya Qnussina beşinci, Məryəm Cavadova altıncı yerlə kifayətlənib.

Poliqon.info

Seçilən
1
1
poliqon.info

4Mənbələr