AZ

“Məni, bəlkə də, bir daha səhnədə görməyəcəksiniz...”

Ailə problemlərinə görə çətin günlər keçirən türkiyəli müğənni Özcan Denizin səhnədə dediyi sözlər müzakirələrə səbəb olub.

Gundem.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin uzun zamandır münaqişədə olduğu qardaşı Ercan Denizlə bir müddət öncə artıq barışdığı barədə xəbər yayılmışdı. Lakin iddiaya görə, E.Deniz qardaşı Ö.Deniz və bacısı Mələk Denizin yaşadığı villaya silahlı basqın edib. Bu zaman o, “Əlimdən aldıqlarınızı mənə verməsəniz, həm sizi, həm də özümü öldürəcəyəm”, - deyib.

Müğənninin özünü və həyat yoldaşını qorumaq üçün məhkəməyə müraciət etdiyi bildirilir.

Baş vermiş hadisələrdən sonra onun səhnədə çıxışı zamanı verdiyi açıqlama isə birmənalı qarşılanmayıb: “Təəssüf ki həyat məni istəmədiyim yerə sürükləyir. Ona görə də istəmədiyim yerdə arzuolunmaz şeylərin baş vermə ehtimalı yüksəkdir. Və siz məni bir daha səhnədə görməyə də bilərsiniz. Bəlkə də heç görməyəcəksiniz. Bu gecə bunun miladıdır. Hamınızı çox sevirəm. Əgər bir daha bir-birimizi görməsək, 30 il mənim arxamda dağ kimi dayandığınız üçün sizə sonsuz təşəkkür edirəm. Allaha əmanət olun!”

Seçilən
18
2
gundem.az

3Mənbələr