AZ

Bazar ertəsi sindromu: Həftənin ilk gününün "ağırlığı"ndan necə qurtulaq?

Həftənin ilk iş günü – bazar ertəsi.. Gec açılan gözlər, yorğun bədən və hələ də həftəsonunun sükutunda qalan bir beyin. Sanki həyat “yenidən başla” düyməsini səssizcə basır.TehsilForumu.Az-ın araşdırmasına görə, “bazar ertəsi sindromu” son illərdə xüsusilə şəhər həyatında yaşayan insanların ən geniş yayılmış psixoloji hallarından birinə çevrilib. Həftəsonu istirahətindən sonra yenidən işə və ya dərsə qayıtmaq bir çox insanda ruh düşkünlüyü, yorğunluq və motivasiya çatışmazlığı yaradır.  Mütəxəssislər bildirirlər ki, bu halın əsas səbəbi düzgün istirahət etməmə, qeyri-nizamlı yuxu rejimi və iş rejiminə ani keçiddir. Belə bir keçid orqanizmə və beyinə təzyiq yaradır.  Nə etməli?- Həftəsonunu tam yatmaqla yox, aktiv və balanslı istirahətlə keçirin.  - Bazar günü axşam yuxuya daha erkən getmək həftənin ilk günü üçün enerjinizi artırar.  - Bazar ertəsini planlarla yükləməkdənsə, yüngül və motivasiyaedici tapşırıqlarla başlamaq tövsiyə olunur.  - Günə fiziki aktivlik və ya qısa bir yürüyüşlə başlamaq əhval-ruhiyyəni müsbətə dəyişir.  Sonda psixoloqlar xatırladır: Həftənin necə keçəcəyi sizin bazar ertəsinə necə yanaşmağınızdan asılıdır. Özünüzə qarşı anlayışlı olun, gününüzə kiçik sevinc səbəbləri əlavə edin.Unutmayın — hər bazar ertəsi, yeni başlanğıcdır.TehsilForumu.AzAymirə Ağamirova

Seçilən
157
tehsilforumu.az

1Mənbələr