Corat qəsəbəsinin bəzi ərazilərin də qaz qaz təchizatı müvəqqəti dayandırılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.
Qeyd olunub ki, sentyabrın 29-da aparılan qəza-bərpa işləri ilə əlaqədar Sumqayıt şəhəri Corat qəsəbəsində saat 12:30-dan etibarən 900 abonentin qaz təminatı dayandırılacaq.
Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa ediləcək.