Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Qarabağ"la üz-üzə gələcək Danimarkanın "Kopenhagen" klubunun Bakıya səfər planı bəlli olub.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan çempionunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, rəqib komanda bu günün ikinci yarısında paytaxtda olacaq:
"Kopenhagen" matçdan bir gün sonra, səhər saatlarında Danimarkaya qayıdacaq. Qonaqları 120-150 azarkeşin dəstəkləyəcəyi gözlənilir".
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.