AZ

Oyundan qabaq keçiriləcək mətbuat konfransının vaxtı açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" – “Kopenhagen” (Danimarka) matçından əvvəl təşkil ediləcək mətbuat konfranslarının vaxtları məlum olub.

Yenisabah.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı sentyabrın 30-da saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.  

Qonaq komandanın baş məşqçisi Yakob Neestrupun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 16:45-də start götürəcək.  Toyuqlu pizza

Oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” görüşü saat 20:45-də başlayacaq.


Telegram kanalımız
Seçilən
25
12
yenisabah.az

10Mənbələr