Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Bu, üzv dövlətlərə hərbi təhdidlərə cavab olaraq həmin silahların tətbiqi ilə bağlı razılığa gəlməyə imkan verəcək”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan) ilk dəfə olaraq hipersəs və lazer silahları və pilotsuz sistemlər də daxil olmaqla yeni silah növlərini öz əsas sənədlərinə daxil edəcək. AYNA.AZ xəbər verir ki, KTMT Parlament Assambleyasının müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının rəhbəri Anatoli Vıbornı "İzvestiya"ya bildirib ki, “bu, üzv dövlətlərə hərbi təhdidlərə cavab olaraq həmin silahların tətbiqi ilə bağlı razılığa gəlməyə imkan verəcək”.
Onun sözlərinə görə, xarici xüsusi xidmət orqanları, terrorçu və ekstremist qruplar Rusiya və digər KTMT üzvlərinə qarşı kəşfiyyat və təxribat fəaliyyətini xeyli artırıb.
“Təhlükələrdən bir addım öndə olmaq üçün yaxından əməkdaşlıq etmək və texnologiyalar, ən son silahlar üzrə təcrübə və kəşfiyyat məlumatları mübadiləsi bizim üçün vacibdir”, - deyə parlamentari bildirib.
Qeyd edib ki, təşkilata üzv ölkələr oktyabrın 7-də Sankt-Peterburqda keçiriləcək komissiyanın iclasında "KTMT üzvləri arasında yeni silah və texnologiyalardan istifadə sahəsində əməkdaşlıq haqqında Nümunəvi Saziş"i nəzərdən keçirməlidirlər. Sənədə əsasən, bu, "silahlı münaqişə zamanı düşməni məğlub etmək üçün nəzərdə tutulmuş qurğu və obyektlərə, o cümlədən müasir müharibənin müasir və elmi vasitələrinə, eləcə də gələcəkdə istifadə olunan sistem və alətlərə aiddir”.
KTMT-nin Birləşmiş Qərargahının rəisi Andrey Serdyukov isə nəşrə müsahibəsində qeyd edib ki, saziş yeni silah və texnologiyaların tətbiqi sahəsində birgə planlaşdırma və kollektiv qarşılıqlı fəaliyyət, habelə onların hazırlanması və istifadəsi üzrə birgə ekspertiza və informasiya dəstəyini nəzərdə tutur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.