AZ

Bakıda BMV daş hasara çırpıldı: ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində qeydə alınıb.

1990-cı il təvəllüdlü Aydın Nəcəfov BMV markalı 10 SG 477 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirərək yolun kənarındakı daş hasara çırpıb.

Ağır xəsarətlər alan A.Nəcəfov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. A.Nəcəfov xəstəxanada dünyasını dəyişib.

Seçilən
10
1
konkret.az

2Mənbələr