AZ

Günəşdə yüksək aktivlik proqnozlaşdırılır: Yer üçün risklər mövcuddur

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bazar ertəsi, sentyabrın 29-da Günəşin aktivliyi yüksək olacaq və bu, Yer kürəsi üçün risklər yaradacaq.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının "Telegram" kanalında məlumat verilib.

"Sutkalıq proqnoz: geomaqnit şərait - zəif pozulmalar mümkündür, aktivlik - yüksək, artan, Yer üçün əhəmiyyətli risklər mövcuddur", - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, son sutka ərzində geomaqnit şərait sakit olub, partlayış ehtimalı isə yüksək olub, Yer üçün məhdud risklər var.

Xatırladaq ki, sentyabrın 28-də Günəşdə son üç ayın ən böyük partlayışı baş verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
1
oxu.az

2Mənbələr