AZ

"Dünyada baş verən sürətli dəyişikliklər türk coğrafiyasında inteqrasiyanı daha da vacib edir" - Ömər Kocaman


Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman Bakıda "Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda keçirilən konfransda təşkilatın gələcək perspektivləri barədə danışıb. O qeyd edib ki, strateji-coğrafi mövqeyi sayəsində Azərbaycan Türk dünyasının çox mühüm bir hissəsidir – türk regionu daxilində ticarətin, nəqliyyatın və əlaqələndirmənin inkişafı baxımından. Azərbaycan Türk dünyasında körpü rolunu oynayır.
Ö.Kocaman diqqətə çatdırıb ki, ortaq tarix, dil, mədəniyyət və ənənələrə əsaslanan qardaş türk dövlətləri arasındakı münasibətlər böyük strateji dəyər və potensial təklif edir.

Mətləb Salahov

Seçilən
54
baki-xeber.com

1Mənbələr