Kibercinayətkarlar İngiltərədəki uşaq bağçalarından 8000-dən çox uşağın məlumatlarını oğurlayıb.
Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, oğurlanmış məlumatlar arasında uşaqların fotoşəkilləri, adları və ünvanları olub:
“Təcavüzkarlar artıq bu məlumatların bir hissəsini “dark net”də yerləşdirib və şirkətdən fidyə tələb ediblər”.
London polisi də sentyabrın 25-də fidyə tələbi ilə bağlı məlumat aldığını təsdiqləyib:
“Kibercinayətkarlıqla mübarizə bölməsi istintaqa rəhbərlik edir, lakin hələ ki, həbs olunanlar yoxdur”.
Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi vəziyyəti dərin narahatedici adlandırıb.