AZ

"Qarabağ" - "Kopenhagen" matç öncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşdi

"Qarabağ" - "Kopenhagen" matçı öncəsində mətbuat konfransları və mediaya açıq məşqlər olacaq.

News24.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı sentyabrın 30-da, saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Daha sonra saat 18:00-da “Azersun Arena”da media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. 

Qonaq komandanın baş məşqçisi Yakob Neestrupun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 16:45-də start götürəcək. Danimarka təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 15:30-da başlayacaq. 

Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” görüşü saat 20:45-də başlayacaq.


Seçilən
67
12
news24.az

10Mənbələr