AZ

III MDB Oyunları: Yollarda təhlükəsizlik nəzarətdədir

III MDB Oyunları çərçivəsində ölkəmizin bir neçə şəhərində müxtəlif idman növləri üzrə yarışlar keçirilir. Yarışlara çoxsaylı tamaşaçı və iştirakçılar qatıldığından, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti daim diqqət mərkəzində saxlanılır.

Daxili İşlər Nazirliyi tərəfindən yarışların keçirildiyi ərazilərdə təhlükəsizliyin təmin olunması və nəqliyyatın fasiləsiz hərəkətinin təşkili məqsədilə yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Bu çərçivədə yarış zonalarına giriş-çıxışların tənzimlənməsi, nəqliyyat axınının maneəsiz hərəkətinin təmin olunması və mümkün sıxlıqların qarşısının alınması istiqamətində bütün zəruri tədbirlər görülür.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından xahiş olunur ki, yol nişanlarına və qaydalara ciddi riayət etsinlər və yarışların təhlükəsiz, maneəsiz keçirilməsinə dəstək versinlər.

P.Əmircanov
XQ

Seçilən
15
1
xalqqazeti.az

10Mənbələr