AZ

MİDLAS sistemindən SİPER 1-D raketinin atışı həyata keçirilib

Türkiyədə MİDLAS milli şaquli buraxıcı sistemdən SİPER 1-D zenit idarə olunan raketinin atış sınağı həyata keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün özünün “NSosyal” hesabında paylaşım edib.

Paylaşımda icra edilən atış sınağının uğurla tamamlandığı bildirilib: “Bu uğurla öz gəmisindən, öz buraxıcı sistemindən və öz uzun mənzilli hava hücumundan müdafiə raketindən istifadə edə bilən dünyanın sayılı ölkələri arasında yerimizi daha da gücləndirdik.

Uğura töhfə verən Milli Müdafiə Nazirliyimizə, sahədə hər zaman yanımızda olan Hərbi Dəniz Qüvvələri Komandanlığımızın dəyərli personalına, komitə personalına və bütün “Roketsan” mühəndislərinə təşəkkür edirəm”.

Seçilən
15
poliqon.az

1Mənbələr