AZ

Sumqayıtda sərnişin avtobusu yanıb - YENİLƏNİB - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin tərəfindən “İSUZU” markalı avtobusda baş vermiş yanğın yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtobusun yanar hissələri yanıb.

Xəsarət alan yoxdur.

***

12.04

Sumqayıtda sərnişin avtobusu yanır.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar, əraziyə Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Seçilən
13
3
apa.az

10Mənbələr