AZ

Gəncə terrorunda zərərçəkən azyaşlı: Ən böyük arzum Prezidentlə görüşmək idi

"Evimizə raket düşəndə məm qorxmuşdum".

Bunu APA-ya 2020-ci ilin oktyabr ayında Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən bombalanması nəticəsində zərərçəkən şəhər sakini 10 yaşlı Bəxtiyar Heydərli bildirib.

"Gördüm kamera gəlir, mən də gülümsəməyə başladım. Dayım dedi, yəqin sənə nəsə olub, ona görə gülümsəyirsən. Məndən anamın, atamın adını, evdəkilərin sayını soruşdular. Mən də hamısına düz cavab verdim. Dedim ki, mənə heç nə olmayıb”, – Bəxtiyar Heydərli vurğulayıb.

Bəxtiyar Heydərli bildirib ki, onun ən böyük arzusu Prezident İlham Əliyevlə görüşmək olub. Bu arzu ötən gün Gəncə şəhər stadionunda III MBD Oyunlarının açılışında gerçəkləşib: "Mənim ən böyük arzum cənab Prezidentlə qarşı-qarşıya gəlmək idi. Bu arzum dünən həyata keçdi. Cənab Prezident uşaqları çox sevir. Mən də Prezident babanı çox sevdim”.

Seçilən
28
8
apa.az

9Mənbələr