AZ

İsveç Ukraynaya 122 milyon dollar həcmində mülki yardım ayıracaq

Bakı, 29 sentyabr, AZƏRTAC

İsveç hökuməti yeni mülki dəstək paketi çərçivəsində Ukraynaya 1 milyard 145 milyon kron (təxminən 122 milyon dollar) həcmində maliyyə vəsaiti ayırmaq qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə İsveçin Nazirlər Kabinetinin rəsmi açıqlamasında deyilir. Məlumata görə, dəstək paketi Ukraynanın “ən təxirəsalınmaz ehtiyaclarını” qarşılamağa yönəldiləcək. Yardım enerji təminatı, yaşayış sahələri, səhiyyə, minalardan təmizləmə, qaçqınlara dəstək və müstəqil mediaya yardım sahələrini əhatə edəcək.

Bununla da, 2025-ci ildə İsveçin Ukraynaya göstərdiyi ümumi mülki yardımın həcmi 9 milyard krona (təxminən 958 milyon dollar) çatacaq. Bu, İsveçin xarici yardım büdcəsinin 16 faizini təşkil edir.

 

Seçilən
14
3
azertag.az

4Mənbələr