Oktyabrın 1-də keçiriləcək "Qarabağ" - "Kopenhagen" görüşünün hakimi məlum olub.

Offsideplus.az xəbər verir ki, matçı türk əsilli niderlandlı hakim Serdar Gözübüyük idarə edəcək.

Yan xətt hakimləri Ervin Zeynstra ilə Patrik İnya, dördüncü hakim Yannik Van Der Laan olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.