AZ

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin məbləği açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən kreditlərin həcmi açıqlanıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat ayları ərzində 304.7 milyon manat kredit verilib.

Bu, ötən ilin eyni dövrü ilə (337.7 milyon manat) müqayisədə 33 milyon manat və ya 9.8% azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 286 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
8
1
banco.az

2Mənbələr