AZ

The Times: İsveçdə öz nüvə bombası yaratmaq barədə müzakirələr aparılır - ÖZƏL

Olaylar.az xəbər verir ki,  Britaniyanın The Times qəzeti İsveçdə hərbi nüvə proqramına yenidən qayıtmaq barədə müzakirələrin getdiyini yazır. Ekspertlər bunun çətin və resurs tələb edən yol olduğunu qəbul edirlər. Qəzet xatırladır ki, mart ayında İsveçin "Svenska demokraterna" (Şved Demokratları) partiyasının rəhbəri Yimmi Okesson təhlükəsizlik vəziyyətini əsas gətirərək ölkənin İkinci dünya müharibəsindən sonra gizli inkişaf etdirilmiş nüvə proqramı üzərində yenidən düşünməsinin vaxtı gəldiyini bildirmişdi. Bundan bir neçə həftə sonra İsveçin Dövlət Müdafiə Tədqiqat İnstitutunun (FOA) tədqiqatçısı Robert Dalşyö qəzetə verdiyi açıqlamada Stokholmun "isveç komponentli müstəqil nüvə silahı yaratmağı" düşünməsinin vaxtı gəldiyini söyləmişdir.
Qəzetə görə, bu mövqeyi hökumət daxilində təmsil olunan "Xristian Demokratlar" partiyasından Avropa Parlamentinin deputatı Alis Todoresku  də bölüşür. Onun fikrincə, İsveç Avropada birgə nüvə strategiyasının işlənməsində rol oynamalıdır. Eyni zamanda qəzet vurğulayır ki, İsveçin artıq nüvə silahına malik olan bir dövlətin əhəmiyyətli köməyi olmadan belə bir silah yaratmaq üçün texnoloji və sənaye potensialına malik olub-olmadığı aydın deyil. Məqalədə qeyd olunur ki, ölkədə elektrik enerjisinin təxminən üçdə birini təmin edən altı atom elektrik stansiyası var, lakin onların sonuncusu 40 il əvvəl tikilib.
"Bu çox böyük sənaye layihəsi olardı. Nüvə silahı üçün lazım olan materialların istehsalı üçün bütün infrastrukturun hazırlanması, böyük investisiyaların tələb olunması lazım gələcək. Məncə, belə resursları ayırmaq demək olar ki, mümkün olmayacaq," - The Times qəzetinin sitat gətirdiyi FOA ekspertlərindən Martin Goliaf belə deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr