AZ

Netanyahuçəin seçim qarşısında Soyqırımı davam etdirəcək, yoxsa...?

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

İsrailin Baş naziri Benyamin Netanyahunun bazar ertəsi Vaşinqtonda keçiriləcək görüşü təkcə diplomatik gündəmin deyil, həm də onun siyasi karyerasının həlledici məqamı kimi dəyərləndirilir.

“AzPolitika” xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzetində dərc olunan məqalədə bildirilir. Qeyd olunur ki, söhbət adi görüşdən getmir. Nəticə həm İsrailin Qəzzadakı qətliamlarının gedişatına, həm də Netanyahunun hakimiyyətinin gələcəyinə ciddi təsir göstərəcək.

Qeyd edək BMT srailin Qəzzadakı qətliamlarının soyqırım olduğunu bəyan edib. 

ABŞ-nin təqdim etdiyi planı qəbul etmək Netanyahunun daxildəki sağçı-koalisiya tərəfdaşlarını qarşısına almaq və hökumətin dağılması riskini artırır. Əksinə, planı rədd etmək isə İsraili daha da təcrid vəziyyətinə salacaq və Vaşinqtonla münasibətlərin kəskinləşməsinə yol aça bilər.

Məlumata görə, Netanyahu görüşdə Ağ Evdən əlavə vaxt istəməyi planlaşdırır. O, plan üzərində “düzəlişlər” və “təkmilləşdirmələr” aparılmasına ümid edir. Lakin “Jerusalem Post” yazır ki, Tramp administrasiyası artıq daha çox gecikməni qəbul etməyəcək.

İsrail beynəlxalq müstəvidə artan diplomatik təcridlə üz-üzədir. Qəzzada törədilən soyqırımın davam etməsi, humanitar böhranın dərinləşməsi və ABŞ-ın təklif etdiyi planın ətrafında yaranan siyasi böhran Netanyahunun mövqelərini zəiflədib.

Ekspertlərə görə, qarşıdakı görüşün nəticələri təkcə Qəzzdakı vəziyyəti deyil, eyni zamanda Netanyahunun hökumətinin davamlılığını və onun şəxsi siyasi taleyini də müəyyənləşdirəcək.

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
azpolitika.info

1Mənbələr