2025-ci ilin avqustunda Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 21 milyon 129 min təşkil edib ki, bu da əvvəlki aya nisbətən 216 min ədəd və ya 1% artım deməkdir. Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə kartların ümumi sayı 14% artıb. Debet kartlarında artım 17%, kredit kartlarında isə 7% azalma qeydə alınıb.
Kartların artımı ölkədaxili nağdsız ödənişlərin həcminə də müsbət təsir göstərib. Avqust ərzində bu göstərici 8,172 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 20% artım deməkdir.
Nağdsız ödənişlərin 7,153 milyon manatı elektron ticarətin, 1,015 milyon manatı POS-terminalların, təxminən 4 milyon manatı isə bankomat və özünəxidmət terminallarının payına düşüb. İlin əvvəlindən nağdsız ödənişlər ölkədaxili kart əməliyyatlarının 67.3%-ni təşkil edib.
Banklar və “Azərpoçt” MMC-nin ödəniş infrastrukturu üzrə də artım müşahidə olunub – bankomatların sayı 8.3%, POS-terminalların sayı isə 50.7% artıb.
Aytac