AZ

Rus kəşfiyyatını yeni ölkə işğalı iddiası Avropanı qarışdırdı Nə baş verir?

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Rusiya Xarici Kəşfiyyat Xidməti tərəfindən yayılan “NATO-nun Moldovanı işğal etməyə hazırlaşdığı” iddiası regional və beynəlxalq müstəvidə ciddi rezonans doğurub. Moldova Ukrayna ilə sərhəddə, Qərb-Rusiya geosiyasi qarşıdurmasının kəsişmə nöqtəsində yerləşən, neytral statusa malik, lakin Qərblə inteqrasiyanı hədəfləyən bir dövlətdir. NATO ilə əməkdaşlığını tədricən genişləndirən Kişinyov, Moskvanın diqqətində olan əsas mərkəzlərdən biri hesab edilir.

Rusiya bu bəyanatlarla hansı məqsədləri güdür? NATO-nun Moldova ilə bağlı real planları nədən ibarətdir? Bu qarşıdurma regionu hara aparır?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, hazırda Moldova Rusiya və Aİ-NATO maraqlarının toqquşduğu ölkələrdən biridir:

“Rusiya Moldovada öz təsirini qoruyub saxlamaq istəyir. Özü də bunu Moldova daxilində yaratdığı iki separatçı bölgə ilə etmək niyyətindədir. Söhbət Dnestryanı ərazi və Qaqauz Muxtar bölgəsindən gedir. Hər iki ərazidə rus təsiri çox güclüdür. Moskva illərdir bu iki bölgə üzərindən Moldovaya təzyiq edir, hətta onun Qərbə inteqrasiyasını gecikdirir.

Dnestryanı ərazi hələ 1990-cı illərdən bəri separatçılıq edir. Rusiya isə sülhməramlı adı altında həmin əraziyə hərbi kontingent yerləşdirib. Bu kontingent hələ də fəaliyyətini davam etdirir. Halbuki missiyanın müddəti çoxdan bitib. Buna baxmayaraq, Rusiya hər fürsətdən istifadə edərək Moldovanın tələblərini qulaqardına vurur. Dnestryanı ərazidə vaxtilə Rusiyanın 14-cü ordusu yerləşib. Bu ərazilərdə sovet dövründən qalmış anbarlarda silah-sursat həddindən artıq çoxdur.

Faktiki olaraq Şərqi Avropadakı ən böyük silah anbarı Moldovada yerləşir. Rusiyanın Dnestryanı ərazilərə birbaşa çıxış əldə etməsi üçün Ukraynanın Odessa və cənub ərazilərini işğal etmək cəhdləri də olub”.

Oqtay Qasımov

Politoloq əlavə edib ki, NATO və Aİ, şübhəsiz, Moldovanın Rusiyanın təsirindən çıxaraq Qərbə inteqrasiyasında maraqlıdır:

“Kreml Moldovada parlamentində özünə sadiq deputatların sayını artırmağa çalışır. Bununla həm də Ukraynaya qarşı ikinci cəbhənin açılmasını istəyir. Son həftələr Rusiyanın Polşa, Estoniya və Latviyada dron fəaliyyətləri artıb.

Moldovanın itirilməsi NATO ölkələri üçün ciddi təhlükə yaradacaq. Xüsusilə də Rumıniya bu təhlükəni daha çox hiss edir. Moldovada parlament seçkilərini Qərbmeyilli Maya Sandu qazanması Rusiyanın planlarına ciddi zərbə vuracaq”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
globalinfo.az

1Mənbələr