AZ

İqlim dəyişikliyi gələcəyin yox, indinin problemidir -

“İqlim dəyişikliyini inkar etmək yerin qravitasiya sahəsini inkar etmək deməkdir”.Metbuat.az-ın məlumatına görə, bu sözləri Bakıda keçirilən ikinci Bakı İqlim Həftəsinin açılışında çıxış edən BMT-nin Mərkəzi Asiya üzrə İqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Viktor Kovalenko deyib. O bildirib ki, hökumətlər, əhali, biznes və böyük QHT-lər iqlim dəyişikliyi məsələsinin həllində kömək ola bilərlər. O, iqlim dəyişikliyinin artıq indinin problemi olduğunu vurğulayıb: “Artıq su qıtlığından əziyyət çəkirik, cənub hissələrdə daşqınlar baş verir. Bu indi baş verir, gələcəkdə deyil. Qazaxıstanın paytaxtı Astana əvvəlki 11 il öncəkindən daha soyuq deyil”.Kovalenko özəl sektorun bu prosesə cəlb edilməsinin vacibliyini qeyd edib: “Biz özəl sektoru bu prosesə cəlb etməliyik, ehtiyatla etməliyik. Onların gözləntilərini müəyyən etməliyik, hədəflər verməliyik. Dekarbonizasiya hökumətin öhdəsinə düşən məsələ deyil. Hər şirkət bu barədə öz töhfəsini verə bilər. Digər məsələlər isə biznesin üzərinə düşür. Hər bir şirkətin risk idarəetmə planı var”.

Gübəniz Hüseynli / Metbuat.az

Seçilən
15
2
metbuat.az

3Mənbələr