AZ

“Qarabağ” – “Kopenhagen” matçı türkiyəli hakimə tapşırıldı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Kopenhagen”ə qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.

Msport.az xəbər verir ki, oktyabrın 1-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüşə Niderlanddan olan ədalət təmsilçiləri təyinat alıblar.

Qarşılaşmanı Serdar Gözübüyük idarə edəcək. Həmyerliləri Ervin Zeinstra və Patrik İnia oyunun baş hakiminin köməkçiləri olacaqlar. Yannik Van Der Laan dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri Rob Dieperink və Jeroen Manşot olacaqlar.

Seçilən
38
msport.az

1Mənbələr