AZ

Xəzər dənizinin səviyyəsinin azalmasının səbəbləri açıqlandı – RƏSMİ

Müvafiq qurumların apardığı monitorinqlər göstərir ki, 2005-ci ildən başlayaraq dəniz səviyyəsində nəzərəçarpacaq azalma müşahidə olunur. 2021-2024-cü illərdə Xəzər dənizinin səviyyəsi 96 sm azalıb.

Bu barədə KONKRET.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib.

Qeyd edilib ki, səviyyənin aşağı düşməsinə əsas səbəb iqlim dəyişikliyi, bölgədə yağıntıların azalması, yüksək temperatur nəticəsində buxarlanmanın artması, həmçinin Xəzərə tökülən çayların su ehtiyatlarının azalmasıdır:

“Xüsusilə də, Volqa çayının su balansındakı dəyişikliklər bu prosesdə mühüm rol oynayır”.

Vurğulanıb ki, dəniz səviyyəsinin enməsi sahilboyu ekosistemlərə, biomüxtəlifliyə, balıqçılıq təsərrüfatlarına, limanların fəaliyyətinə, nəqliyyat və infrastruktur layihələrinə mənfi təsir göstərir:

“Bu hal həm də region ölkələri üçün iqtisadi və sosial çətinliklər yaradır. Buna görə də gözlənilən risklərin qarşısını almaq üçün birgə fəaliyyət, elmi əsaslı qərarlar və koordinasiyalı tədbirlər zəruridir.

Bu məqsədlə Xəzərin iqlim, yağıntı, çay axımı, səviyyə planı Xəzəryanı və Xəzər dənizini qidalandıran su mənbələrinin yerləşdiyi ölkələrlə birlikdə işlənməlidir. Bunun əsasında isə səviyyənin aşağı düşməsi proqnozlaşdırılmalı, nəticəyə əsasən tədbirlər görülməlidir”.

Xidmətdən bildrilib ki, bu istiqamətdə görülən işlər çərçivəsində “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası Monitorinq və Qiymətləndirmə üzrə İşçi Qrupu tərəfindən “Xəzər Dənizinin Ətraf Mühitin Monitorinqi Proqramı” hazırlanıb.

Seçilən
9
5
konkret.az

7Mənbələr