AZ

Sumqayıtda avtobus yandı - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

Sabahinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin tərəfindən “İSUZU” markalı avtobusda baş vermiş yanğın yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtobusun yanar hissələri yanıb.

Xəsarət alan yoxdur.

***11:49

Sumqayıt şəhərində avtobus yanıb.

Sabahinfo.az xəbər verir ki, 2 saylı müntəzəm marşrut xəttinə aid “İsuzu” markalı avtobus yanıb.

Hadisə yerinə yanğınsöndürmə briqadası gəlib və yanğın söndürülüb.

 

 

Seçilən
8
3
sabahinfo.az

10Mənbələr