AZ

Məhkəmədən Saakaşvili ilə bağlı QƏRAR

Məhkəmə Gürcüstan Maliyyə Nazirliyinin vəsatətini təmin edib və sabiq prezident Mixail Saakaşvili və onun keçmiş təhlükəsizlik rəisi Teymuraz Canaşiyanı onun prezidentliyi dövründə mənimsənilmiş 3 milyon dollardan çox dövlət xəzinəsinə ödəməyi tapşırıb.
Gürcüstanın İnterPressNews xəbər agentliyinin məlumatına görə, bu barədə qərarı Tbilisi şəhər məhkəməsinin hakimi Aleksandr Qzirişvili çıxarıb.

“Hər iki məhkum Cinayət Məcəlləsinin külli miqdarda pul vəsaitlərinin qanunsuz mənimsənilməsini nəzərdə tutan 182-ci maddəsinin 1-ci və 3-cü hissələri ilə ittiham olunur”, - deyə nəşr qeyd edib.

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan etmişdi ki, Saakaşvili 2008-ci ildə Gürcüstana böyük ziyan vurub.

Seçilən
5
ikisahil.az

1Mənbələr