AZ

İsveç Ukraynaya çox milyon dollarlıq mülki yardım paketi göndərəcək

İsveç yeni mülki dəstək paketi çərçivəsində Ukraynaya 1,145 milyard kron (122 milyon dollar) ayıracaq.

Editor.az İsveç hökumətinin kanslerliyinin bəyanatına istinadla bu barədə xəbər verir.

Bəyanatda bildirilib ki, vəsait Ukraynanın ən təcili ehtiyaclarını ödəmək üçün istifadə olunacaq. Bunlara enerji təchizatı, qaçqınlara və müstəqil mediaya yardım, minalardan təmizləmə və səhiyyə daxildir. Bu məbləğdən 145 milyon kron (15,44 milyon dollar) humanitar yardıma ayrılacaq.

Stokholmun Kiyevə mülki yardımının bu il 9 milyard krona (958 milyon dollar) çatacağı gözlənilir. Bu məbləğ Krallığın inkişaf yardımı büdcəsinin 16%-ni təşkil edəcək. İsveç hakimiyyətinin Ukraynaya ayrılan yardımın həcmini digər ölkələrdən gələn dəstəyi azaltmaqla və ya ləğv etməklə “yenidən bölgü” yolu ilə artıra bildiyi məlumdur.

//Gülnarə Abasova, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr