AZ

Paytaxt meri: "Heç bir inqilab və ya dövlət çevrilişi baş verməyəcək" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Tbilisinin meri Kaxa Kaladze KİV-ə açıqlamasında bildirib ki, ölkədə heç bir inqilab və ya dövlət çevrilişi baş verə bilməz və baş verməyəcək.
"Heç bir inqilab və ya dövlət çevrilişi baş verə bilməz və baş verməyəcək. Əgər kimsə qanuna qarşı çıxmağa cəsarət etsə, qanun çərçivəsində çox sərt reaksiya veriləcək. Müvafiq qurumlarımız işləyir və biz sakitliyə zəmanət veririk," - deyə paytaxt meri jurnalistlərə açıqlayıb.

Jurnalistin Paata Burçuladze və Murtaz Zodelavanın Baço Axalaya ilə görüşməsi barədə yayılan məlumatlar fonunda oktyabrın 4-dən nə gözlədiyi sualına Kaxa Kaladze ölkədə inqilab və çevriliş olmayacağını cavab verib.

Kaladze deyib: "Oktyabrın 4-də "Gürcü Arzusu - Demokratik Gürcüstan" seçkilərdə qalib gələcək, biz həm paytaxtda, həm də bütün bələdiyyələrdə qələbəni qeyd edəcəyik. Heç bir inqilab və ya dövlət çevrilişi olmayacaq və ola bilməz. Kim kiminlə istəyir görüşsün. Müxtəlif maraqlı məlumatlarımız var, lakin müvafiq qurumlarımız işləyir və mən ölkə əhalisinə zəmanət verirəm ki, ölkədə sülh olacaq."

O, Paata Burçuladze haqqında ciddi danışmağın mümkün olmadığını qeyd edib: "Baxın, o, necə bəyanatlar verir. Onun səsləndirdiyi mesajlar tamamilə məntiqsizdir. Bir neçə gün əvvəl təsadüfən sosial mediada onun İnqa Qriqoliya ilə müsahibəsini gördüm. Qoy normal bir insan baxsın, hər şey aydın olacaq," - deyə Kaxa Kaladze fikrini yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr