AZ

Crocus City Hall da terror aktında silahlılar öz aralarında ərəb dilində danışıblar: Yeni faktlar üzə çıxdı

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Rusiyanın Moskva vilayətində "Crocus City Hall" konsert zalına hücum zamanı terrorçular öz aralarında və telefonda ərəb dilində danışıblar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS 2-ci Qərb Dairə Hərbi Məhkəməsində keçirilən prosesin iştirakçısına istinadən məlumat verib.

Zərərçəkənlərdən olan bir qadının sözlərinə görə, terrorçular atışmanın sonuna yaxın öz aralarında ərəb dilində bəzi ifadələr işlədiblər. Qadın, həmçinin terrorçuların telefonda da bu dildə və ehtimal ki, qadınla danışdıqlarını da eşidib.

Qadının ifadəsinə görə, o, iki silahlının heç birindən rus dilində ifadələr və sözlər eşitməyib. Terror aktı zamanı o və anası yaralanıb, qızın atası isə həlak olub.

Həmçinin zərərçəkmişin sözlərinə görə, terrorçular "Crocus" ziyarətçilərinin kürəklərinə atəş açıblar, bəzi ziyarətçilər isə özlərini ölü kimi göstərərək xilas olmağa və alovlara bürünən tamaşaçı zalını tərk etməyə müvəffəq olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
2
oxu.az

3Mənbələr