Rafiq Musa oğlu Məmmədhəsənov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
News365.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, o bu ordenlə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, Rafiq Məmmədhəsənov 3 çağırış ((III, IV, V) Milli Məclisin deputatı olub. O, bir neçə gün bundan əvvəl 80 yaşını qeyd edib.