AZ

Məhkəmədən Saakaşvili ilə bağlı qərar 9 milyon lari...

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ilə bağlı qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, məhkəmə Maliyyə Nazirliyinin iddiasını təmin edərək dövlət büdcəsindən mənimsənildiyi deyilən 9 milyon larinin (3 milyon 330 min dollar) geri qaytarılmasına qərar verib.

Qərara əsasən, Saakaşvili və Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Teimuraz Janaşiya dövlətə ümumilikdə 9 milyon lari ödəməlidirlər.

Xatırladaq ki, hər iki şəxs Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin ikinci və üçüncü bəndləri ilə – "vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, qrup halında böyük məbləğdə vəsaitin qanunsuz mənimsənilməsi" ittihamı üzrə məhkum olunmuşdu. Bu iş üzrə Saakaşviliyə 8 il həbs cəzası, Janaşiyaya isə 300 min lari (106 min dollar) cərimə kəsilmişdi.

Daha sonra dövlət onların əleyhinə məşhur "Pincaklar işi" çərçivəsində məhkəməyə mülki iddia qaldırmış və büdcəyə dəymiş ziyanın ödənilməsini tələb etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
4
bakivaxti.az

5Mənbələr