AZ

“White Hill Capital” fondunun nizamnamə kapitalı açıqlandı

“White Hill Capital” vençur fondunun nizamnamə kapitalı 1 milyon dollar təşkil edir”. 

News365.az xəbər verir ki, bunu İRİA-nın sədri Fərid Osmanov jurnalistlərə açıqlamasında deyib. 

“Fondun kapitalı ilkin olaraq tərəfimizdən maliyyələşmə çərçivəsində olacaq. İlkin mərhələdə 1 milyon dollar vəsait qoyuluşu nəzərdə tutulur və bu istiqamətdə müvafiq danışıqlar var”.

F.Osmanov əlavə edib ki, “İnmerge” vençur fondu artıq formalaşıb və fond tərəfindən müvafiq startaplara maliyyələşmə imkanlarının yaradılması üzrə işlər aktiv şəkildə davam etdirilir.


Seçilən
14
3
news365.az

5Mənbələr