AZ

Taliban ABŞ vətəndaşını azad etdi

Taliban rəhbərliyi ABŞ vətəndaşı Amir Amirini azad edib. O, 2024-cü ilin dekabrından etibarən Əfqanıstanda həbsdə saxlanılırdı.

Modern.az xəbər verir ki, məsələ ilə bağlı ABŞ Dövlət katibi Marko Rubio açıqlama verib. Onun sözlərinə görə, son illərdə Əfqanıstanda saxlanılan amerikalıların sayı artsa da, Prezident Donald Tramp onların hamısının geri qaytarılması üçün səyləri davam etdirir:

“Tramp sakitləşməyəcək, ta ki bütün amerikalılar vətənə qayıdana kimi...”, – deyə Rubio qeyd edib.

Rubi,  həmçinin Qətərə vasitəçiliyə görə təşəkkür edib. "Associated Press"in məlumatına görə, azad etmə prosesi Əfqanıstan və ABŞ arasında “məhbus mübadiləsi və münasibətlərin normallaşdırılması” barədə razılaşma çərçivəsində baş tutub.

Əfqanıstanın xarici işlər naziri Amir Xan Muttəqi isə bildirib ki, bu qərar siyasi deyil, humanitar və hüquqi xarakter daşıyır.

Seçilən
18
1
modern.az

2Mənbələr