AZ

Doğma torpaqlara qayıdan insanların həyatına yeni ümidlər bəxş olunur- ÖZƏL

"Zəfər müharibəsindən sonra ən mühüm vəzifələrdən biri azad edilmiş ərazilərin yenidən qurulması olub. İşğal dövründə Ermənistan tərəfindən viran edilmiş şəhər və kəndlər, dağıdılmış məscidlər, məhv edilmiş mədəniyyət nümunələri bərpa olunur. Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən "Böyük Qayıdış" Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Bu proses yalnız infrastruktur layihələri ilə məhdudlaşmır - yeni məktəblər, xəstəxanalar, istehsal müəssisələri və kənd təsərrüfatı layihələri bu bölgələrin sosial-iqtisadi inkişafını təmin edir. Ən əsası isə, doğma torpaqlara qayıdan insanların həyatına yeni ümidlər bəxş olunur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "BMT Baş Assambleyasının 80-ci sessiyasında dövlətimizin başçısının çıxışında qeyd etdiyi kimi, Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı: "Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi. Biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. "Böyük Qayıdış" Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır".

Prezident İlham Əliyev çıxışında Azərbaycanın iqtisadi uğurlarına da geniş yer ayırıb. Yoxsulluğun və işsizliyin tarixi minimuma endirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi ölkəmizin dayanıqlı inkişaf modelini nümayiş etdirir. "Moody's" və "Fitch" kimi aparıcı beynəlxalq reytinq agentliklərinin Azərbaycanın reytinqini artırması ölkənin maliyyə sabitliyinin, güclü fiskal intizamının və əlverişli investisiya mühitinin beynəlxalq səviyyədə tanındığını göstərir. Xarici borcun ÜDM-in cəmi 6,5 faizi qədər olması və valyuta ehtiyatlarının borcdan 16 dəfə artıq olması dövlətimizin iqtisadi təhlükəsizlik baxımından dünyada nümunəvi mövqe tutduğunu sübut edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr