AZ

Moldovada seçkilər bitsə də, siyasi gərginlik davam edir TƏHLİL

Mövcud fakt ondan ibarətdir ki, keçmiş sovet respublikaları arasında Ermənistandan sonra ən kasıb, yoxsul ölkə Moldova hesab edilir. Bu ölkədə insanların yaşayışı acınacaqlı durumdadır. Bu səbəbdən də hər il insanlar ölkəni tərk edirlər. Əgər 1991-ci ildə ölkə əhalisinin sayı 3 milon nəfər idisə, Moldova Milli Statistika Bürosunun 2024-cü il may ayının 1-ə olan məlumatına görə 2, 4 milyon nəfər olub. Moldovanlar daha çox Rumıniyaya və Avropanın digər ölkələrinə axın edirlər. Onlar özlərini rumun hesab edir və uzun illərdir ki, rəsmi Kişinyovdan Rumıniyaya birləşməyi tələb edirlər. Lakin ölkədə rusmeyilli qüvvələr daha güclü və təsiredici imkanlara malik olduqlarından sıravi vətəndaşların Rumıniya bayrağı altında vahid dövlət olaraq yaşamaq arzuları nəticəsiz qalır.

Moldova əhalisinin 1, 5 milyon nəfəri moldovanlardır. Ruslar və Ukraynalılar bu ölkədə moldovanlardan sonra sayları daha çox olan millət hesab olunurlar. Müsbət hal ondan ibarətdir ki, əsrlər öncə Azərbaycanın Xəzər dənizi sahillərindən və Bolqarıstanın şimalındakı Dobruca bölgəsindən Modova torpaqlarına üz tutmuş 180 minə yaxın türk mənşəli qaqauzlarda Moldovda yaşayırlar. 1994-cü ildə qaqauzların kompakt yaşadıqları Tarakli, Bessarabira, Kaqul ərazilərdə Qaqauz Muxtar Ərazi Qurumu yaradılmışdır. Onlar çox vaxtı Rusiya meyilli qüvvələrlə əlaqələndirilsə də, mövcud faktlar fərqli fikrlər deməyə əsas verir. İddialar əsassızdır. Çünki qaqauzlar öz mədəniyyətlərini, adət-ənənələrini qoruyub saxlamaqla və türk mənşəli xalq olduqlarını qətiyyətləri və mərdlikləri ilə nümayiş etdirməklə Moldovanın ictimai –siyasi həyatında fəal iştirak edirlər. Bu günlər baş tutan Moldova parlamentinə seçkilərdə qaqauzlar ölkə prezidenti Maya Sandunun rəhbərlik etdiyi Fəaliyyət və Həmrəylik Partiyasının xətti ilə parlamentdə 4 yerə sahib olmuşlar. Moldova hakimiyyəti qaqauzların fəaliyyətini daim yüksək qiymətləndirib. Parlament seçkiləri zamanı 3 400-ü seçki bülletenin qaqauz dilində çap edilərək seçki məntəqələrində yerləşdirilməsi rəsmi Kişinyovun qaqauzlara göstərdiyi diqqətin nəticəsidir.

Moldova seçkiləri: nəticələr və proqnozlar

Moldovada paralementə keçirilən parlamentə seçkilərdə ölkə prezidenti Maya Sandunu üçün ağır nəticələr verəcəyi barədə proqnozlar irəli sürülürdü. Çünki Moldovada Rusiya meyilli qüvvələr çox güclüdür. Hətta elə bir gücə malikdirlər ki, istənilən vaxt silahlı güc vasitələrindən istifadə etməklə hakimiyyəti ələ ala bilərlər. Lakin Rumıniyanın daxili vəziyyəti ağır olsa da, Avropa İttifaqının dəstəyi ilə Moldovada Maya Sandu hakimiyyətinin qorunub, saxlanmasına yardımçı olur. Buna baxmayaraq dəfələrlə müxalifət hakimiyyəti ciddi şəkildə silkələyən iğtişaşlarla müşayiət olunan aksiyalar keçirməyi bacarmışdır. Gözləmək olar ki, məğlubiyyəti ilə barışmaq istəməyən müxalifət yaxın vaxtlarda rəsmi Moskvanın dirijor çubuğunun işarəsi ilə meydanlara çıxacaq və davamlı aksiyalar keçirəcək. Artıq müxalifətin əsas simaları olan "Vətənpərvər blok" və "Demokratiya evdədir" siyasi partiyaları Kişinyovun mərkəzi meydanında toplaşaraq Maya Sandunu ittiham edən şüarlarla çıxış edirlər. Verilən məlumatlara görə, hakimiyyət vəziyyətin məcrasından çıxa biləcəyindən ehtiyat etdiyindən şəhərin əsas yolları da daxil olmaqla dövlət binalarına gedən yolları polis qüvvələri ilə bağlamalı olub.

Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Moldovada parlament seçkiləri baş tutmuş hesab olunur. Səsvermədə 1 milyondan çox vətəndaş iştirak edib ki, bu da seçici siyahılarında qeydiyyata alınmış ümumi seçicilərin üçdəbirinə bərabərdir.

Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Prezident Maya Sandunun Fəaliyyət və Həmrəylik Partiyası (PAS) bülletenlərin 99.47 faizinin sayılmasından sonra 49.9 faiz səs qazanıb. Onun rəqibi İqor Dodonun "Vətənpərvər blok" isə 24,28% səslə ikinci olub."Alternativ" bloku 7.99 faiz,"Bizim Partiya" 6.22 faiz, "Demokratiya evdədir" partiyası 5.63 faiz səs toplayıblar.

Maya Sandunun partiyası təkbaşına hökuməti formalaşdıracaq

Seçkinin nəticələri onu deməyə əsas verir ki, Maya Sandunun partiyası parlamentdə 51 yer alaraq, təkbaşına hökumət formalaşdırmaq üçün böyük üstünlük qazanıb.

Onu da vurğulamaq lazımdır ki, Moldovada 101 yerlik parlamentə mandat qazanmaq üçün 15 partiya və 4 blok mübarizə aparıblar. Əsas rəqiblər hazırkı prezident, qərbyönümlü Maya Sandunun "Faəliyyət və həmrəylik" partiyası ilə keçmiş prezident, rusiyameyilli İqor Dodonun başçılıq etdiyi "Vətənpərvər blok" arasında olub. Seçki ərəfəsində keçirilən rəy sorğuları hər iki qüvvənin təxminən bərabər reytinqə (33-34%) malik olduğunu göstərirdi. Moldova Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, Seçicilərin Dövlət Reyestrində 3 299 396 səsvermə hüququ olan vətəndaş qeydiyyatdan keçib. Saat 14:30-a olan məlumata görə, iştirak göstəricisi seçicilərin ümumi sayının üçdəbirini təşkil edib. Parlament seçkilərinin baş tutmuş hesab olunması üçün minimum 33,3 faiz seçicinin iştirak etməsi tələb olunurdu.

Moldova Mərkəzi Seçki Komissiyasına istinadən qeyd etmək lazımdır ki, ölkə daxilində və xaricdə açılmış 2 274 seçki məntəqəsi yaradılmışdır. Parlament seçkiləri üçün MSK 2 772 255-dən artıq bülleten çap edib. Onların 2 117 039-u rumın dilində, 649 573-ü rus dilində, 3 400-ü qaqauz, 1 827-si bolqar, 416-sı isə roman dillərində olub. Seçkiləri 3 423 müşahidəçi izləyib. Onların 2 496-sı milli müşahidəçidir və ölkənin səkkiz ictimai assosiasiyasını təmsil edib. Əksər müşahidəçilər Promo-LEX Assosiasiyasının və Moldova Hüquqşünaslar İttifaqının müraciəti əsasında akkreditə olunub. Eyni zamanda, MSK 912 beynəlxalq müşahidəçini akkreditə edib.Seçki yarışında ümumilikdə 32 müraciətdən 23-ü qeydiyyata alınıb: 15 siyasi partiya, dörd seçki bloku və dörd müstəqil namizəd.

Moldova Respublikasının Konstitusiyasına görə, parlament ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və azad səsvermə yolu ilə dörd il müddətinə seçilir. Parlament seçkiləri proporsional sistem üzrə, vahid ümummilli dairə üzrə və bir turda keçirilir. 101 mandatın bölgüsündə yalnız seçki baryerini aşan namizədlər iştirak edə bilər. Bu baryer siyasi partiyalar üçün 5 faiz, bloklar üçün 7 faiz, müstəqil namizədlər üçün isə 2 faiz müəyyən edilib.

Seçkilərin demokratik və ya qeyri-demokratik keçirildiyi demək çətindir

Moldova paralamentinə keçirilən seçkilərin demokratik və ya qeyri-demokratik keçirildiyini demək çətindir. Çünki müşahidəçilər tərəfindən ziddiyyətli məlumatlar yayılmaqdadır. Moldova təşkilatlarına və əhalinin fəal təqəbəqəsinə istinadən isə qeyd etmək olar ki, seçkilər azad və demokratik şəkildə, xalqın iradəsi əsasında baş tutub. Lakin Rusiya meyilli qüvvələr belə düşünmürlər. Rusiyanın Moldovadakı təmsilçisi hesab olunan "Vətənpərvər blok"nun rəhbəri İqor Dodonun seçkilərin hakimiyyətin müdaxiləsi və təsiri ilə keçirildiyini bəyan edib. Qeyd edib ki, onlar seçki saxtakarlığına qarşı etiraz aksiyalarını keçirəcəklər. Artıq Avropada da qeyd etdiyimiz kimi, müxalifət seçkilərin nəticələri ilə razılaşmadıqlarını bəyan edərək Moldovanın paytaxt küçələrinə və ölkənin digər iri şəhərlərində küçələrə çıxaraq mitinqlərə başlayıblar. Bu isə onu göstəri ki, rəsmi Moskva təmsilçilərinin seçki məğlubiyyəti ilə üzləşmələrini qəbul etmək istəmir. Hər vəchlə Maya Sandunuya təsir və təzyiq etməklə planlarını reallaşdırmağa çalışır. Nəzərə almaq lazımdır ki, hələ 28 sentyabr parlament seçkiləri ərəfəsi Avropa Parlamenti Rusiyanın Moldovada həyata keçirdiyi hibrid hücumlarını kəskin şəkildə pisləyən qətnamə qəbul edib. Bunla bağlı Avstriya parlamentinin deputatı Helmut Brandstatterin bildirilmişdir ki, Rusiyanın hərəkətləri Moldovada sabitliyi pozmaq, ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı suveren hüququnu pozmaq məqsədi daşıyır. Avstriya parlamentinin deputatı Helmut Brandstatterin iddia etmişdir ki, Rusiya Moldovada səslərin satın alınması və parlament seçkilərinə təsir etmək üçün 350 milyon ABŞ dolları ayırıb. Avropa Parlament vəziyyətin Moldova üçün arzuolunan olmadığını əsas gətirərək Brüsseli Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı dərhal danışıqlara başlamağa çağırmışdır. Seçkilərin Rusiyanın istəyinə uyğun nəticələnməməsi rəsmi Moskvanı rəsmi Kişinyova qarşı daha təsirli vasitələrdən istifadə etməyə məcbur edəcək. Xüsusilə də Rusiya "Dnestryanı Moldova Respublikası"da separatçılığı daha da gücləndirməyə çalışacaq. Hətta ehtimala olunur ki, "Dnestryanı Moldova Respublikası"nı daha yeni silahlarla təchiz etməklə Moldova hakimiyyətinə qarşı silahlı mübarizəyə təhrik etsin.

Moldova vətəndaş qarşdurmasına sürüklənir

Bu arada verilən məlumatlara görə, "Dnestryanı Moldova Respublikası"nın separatçı üzvləri Moldovada parlamentə keçirilən seçkilərin saxtakarlıqla keçirildiyini bəyan ediblər. Həm də qeyd edilib ki, "Vətənpərvər blok"nun rəhbəri İqor Dodonun istənilən çağırışına dəstək verməyə hazırdılar.

Məlum olduğu kimi, Moldova parlamentinin 1989-cu ildə moldovan dilini dövlət dili elan etməsi, kiril əlifbasının latın əlifbası ilə əvəz olunması barədə Dnestryanı rayonların benderlərdən və ruslardan ibarət əhalisi tərəfindən narazılıqla qarşılanmışdır. Sonra da bu narazılıq daha da genişlənmiş və 1990-cı il sentyabrın 2-də "Dnestryanı Moldova Respublikası" yaradılması ilə nəticələnmişdir. 1990-cı ilin dekabrında isə referendum keçirilərək, "DMR" "müstəqil dövlət" elan olunub. Rəsmi nəticələrə görə, seçki hüququ olan əhalinin 97,7%-i "müstəqilliyin" lehinə səs verib. Moldova bu qərarı tanımayıb, münaqişə dərinləşib və 1992-ci ildə hərbi fazaya keçib. Həmin il bir neçə ay davam edən silahlı münaqişə iyul ayında Moldovanın Dnestr çayının sol sahillərinə nəzarəti itirməsi ilə yekunlaşıb. Bu münaqişədə separatçılara bölgədəki rus qoşunları fəal dəstək verib. Dnestryanı bölgədə dislokasiya olunmuş 14-cü ordu general Lebedin rəhbərliyi ilə Moldova qüvvələrini sıxışdırıb. Rusiya öz sülhməramlı qüvvələrini Dnestryanı bölgəyə yeridərək tərəflər arasında atəşkəsi təmin edib. İyulun 22-də Rusiyanın vasitəçiliyi ilə Tiraspolla Kişinyov arasında atəşkəs sazişi imzalanıb. Atəşkəs sənədinə əsasən, təhlükəsizlik zonası yaradılıb. Sülhyaratma əməliyyatlarına birgə sülhyaratma qüvvələri cəlb olunub. Qüvvələr nisbəti isə belə müəyyənləşdirilib: Moldovadan 300, Dnestryanıdan 300, Rusiyadan isə 500 hərbçi. O vaxtdan problemin həlli istiqamətində danışıqlar başlayıb. Danışıqlar prosesi əvvəlcə tərəflərin öz arasında aparılsa da, sonradan format genişlənib və "5+2" formatına (Moldova, Dnestryanı bölgə, ATƏT, Rusiya və Ukrayna, həmçinin ABŞ və Avropa İttifaqından müşahidəçilər) keçib. Münaqişə bu gün də davam edir. Moldova hakimiyyəti problemi sülh yolu ilə həll etməyə çalışsa da, Rusiyanın müdaxiləsi səbəbindən istəyini həyata keçirə bilmir. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, separatçılar Rusiyanın diktəsi ilə silaha əl ata və ölkə daxilində qarşıdurma yarada bilərlər. Əgər belə bir plan işə düşsə Moldova ağır, üzücü problemlərin məngənəsində əzilə bilər.

İLHAM ƏLİYEV

Seçilən
0
1
sia.az

2Mənbələr