AZ

Mİ5-in sabiq direktoru: Britaniya müharibə vəziyyətindədir

Mİ5-in

Böyük Britaniya artıq Rusiya ilə müharibə vəziyyətindədir.

Reyting.az
xəbər verir ki, bunu 2002-2007-ci illərdə Britaniya Təhlükəsizlik Xidmətinə (Mİ5) rəhbərlik etmiş Eliza Manninqham Buller deyib.

“Bu, fərqli bir müharibə növüdür, lakin düşmənçilik, kiberhücumlar, fiziki hücumlar və kəşfiyyat fəaliyyətləri geniş yayılıb”, - “Telegraph” onun sözlərindən sitat gətirib.

Manninqham Buller bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin üç il əvvəl Ukraynaya müdaxilə etdikdən sonra Qərbə qarşı davamlı düşmənçilik mövqeyini mənimsəyib və Böyük Britaniyada təxribat, kəşfiyyat məlumatlarının toplanması və insanlara qarşı hücumlarla məşğuldur.

O, həmçinin bildirib ki, əvvəlki hökumətlər Rusiyanın Qərb demokratiyaları klubuna qoşula biləcəyinə inanmaqla səhv ediblər.

“Biz hamımız ümid edirdik ki, Sovet İttifaqı dağılandan sonra bizim potensial partnyorumuz olacaq. Putinin 2005-ci ildə G8 sammitində bizimlə olmasının səbəblərindən biri də bu idi. Mən onunla Londona qayıdanda görüşdüm. Amma əslində biz yanılmışdıq, çünki Rusiya Qərbə son dərəcə düşməndir”, - o vurğulayıb.

Ukrayna mediası isə iddia edib ki, Çinə səfərindən sonra Putin nəzərəçarpacaq dərəcədə addımlar atır. Məsələn, NATO ölkələrinə qarşı bir sıra təxribatlara başlayıb. Ancaq bu davranış Rusiyaya əks nəticə verə bilər, çünki təsadüfi eskalasiya və açıq münaqişə riski kəskin şəkildə artır.

Bu təxribatlar Avropa İttifaqını radikal şəkildə hərbi gücə çevirməyə vadar edir.

E. KAMAL
Seçilən
13
1
reyting.az

2Mənbələr