AZ

Azərbaycanda yeni universitet açılır? İki bölgəyə işarə

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qarabağ və Şərqi Zəngəzurda xarici ölkə vətəndaşları üçün universitetin təsis olunması təklif edilir. Bildirilir ki, bu addım həm ölkəyə əlavə gəlir gətirə, həm də bölgədə yeni iş yerlərinin yaranmasına səbəb ola bilər.

Azərbaycanda xarici tələbələr üçün universitetlər açıla bilərmi? 

Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov deyib ki, artıq Qarabağda ali təhsil müəssisəsi var, Şərqi Zəngəzurda da universitetin yaradılması məsələsinə baxıla bilər:

“Lakin sırf xarici vətəndaşlar üçün ayrıca universitet açılması praktikası dünyada geniş yayılmayıb. Ona görə də əsas diqqət mövcud universitetlərimizdə əcnəbi tələbələrin sayının artırılmasına yönəlməlidir. Hazırda ölkəmizdə təxminən 10 min xarici tələbə təhsil alır. Bu göstərici kifayət qədər deyil, ona görə də səylərimizi gücləndirməli, əlavə addımlar atmalıyıq”.

Ceyhun Məmmədov

Deputat bildirib ki, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda infrastruktur layihələri həyata keçirildiyi dövrdə mövcud universitetlər xarici tələbələr üçün daha cəlbedici olmalıdır:

“Prioritet yanaşma da məhz budur. Çünki belə proses bizə iqtisadi fayda verərək təhsilhaqqı, yaşayış və gündəlik xərclərlə ölkəyə əlavə valyuta gətirə bilər. Eyni zamanda bununla beynəlxalq imicimizi formalaşdırmaq mümkündür. Bu təklif infrastruktur baxımından böyük sərmayə tələb edir. Sadəcə yeni mexanizmlər işlənməlidir. Azərbaycan coğrafi mövqeyinə görə bir çox ölkələr üçün əlçatan təhsil məkanı sayılır”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
globalinfo.az

1Mənbələr