AZ

Aslan Sultanov: "White Hill Capital" Azərbaycanda vençur maliyyələşməsini diversifikasiya edəcək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"White Hill Capital" vençur fondunun Azərbaycana daxil olması həm investisiya portfelinin perspektivli layihələrlə genişlənməsinə, həm də ölkədə vençur maliyyələşməsi mühitinin diversifikasiyasına imkan yaradacaq".
Oxu.Az xəbər verir ki, bunu fondun rəhbəri Aslan Sultanov İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və "White Hill Capital" arasında Azərbaycanda yeni vençur maliyyələşmə şirkətinin təsis edilməsi məqsədilə Təsis Müqaviləsinin imzalanma mərasimində bildirib. İmzalanma Bakıda "PAŞA Holding"in təşkilatçılığı ilə keçirilən "INMerge 2025" İnnovasiya Sammitində baş tutub.
Onun sözlərinə görə, Azərbaycan innovasiya sahəsində sürətli inkişaf nümayiş etdirir və yerli startapların dünya bazarına inteqrasiyası üçün güclü potensialı var.
A.Sultanov əlavə edib ki, "White Hill Capital"ın regiondakı uğurlu investisiya təcrübəsi Azərbaycan startaplarına yeni imkanlar qazandıracaq, ölkədə vençur maliyyələşməsi mühitini daha da müxtəlifləşdirəcək və rəqabət qabiliyyətini gücləndirəcək.
O bildirib ki, fondun əsas məqsədi isə yerli startapların qlobal bazarda rəqabətədavamlılığını dəstəkləməkdir.
Qeyd edək ki, "White Hill Capital" 2021-ci ildə Qazaxıstanda təsis edilmiş regional vençur fondudur və əsasən Mərkəzi Avrasiya ölkələrindən olan startaplara yatırım edir.
Seçilən
20
2
oxu.az

2Mənbələr