AZ

Prezidentin təltif etdiyi Məmmədhəsənov kimdir?

Xəbər verdiyimiz kimi,  Prezident İlham Əliyev Rafiq Musa oğlu Məmmədhəsənov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edib.

“Yeni Sabah” bildirir ki, R. Məmmədhəsənov keçmiş millət vəkilidir.

O, 1945-ci il sentyabrın 26-da Gədəbəy şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirib. Tibb elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. « pizza mizza

Avropa Diabet və Ümumdünya Diabet assosiasiyalarının üzvüdür. 250-dən çox elmi əsərin və 2 dərsliyin müəllifidir. 1 ixtirası vardır. İngilis və rus dillərini bilir. 

1969-cu ildən Naftalan sanatoriyasında, 1971-ci ildən Mərdəkan sanatoriyasında həkim-terapevt işləyib. 1977–1986-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda assistent, 1990-cı ildən Daxili xəstəliklər kafedrasının müdiri vəzifələrində çalışıb. 

1993-cü ildən Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş endokrinoloqudur. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 

Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Səhiyyə komitəsinin üzvüdür. Avstriya, Çexiya, Çili, Qırğızıstan, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. 

Evlidir, 2 övladı var.


Telegram kanalımız
Seçilən
14
yenisabah.az

1Mənbələr