AZ

Bu ölkələrdə rəsmi şəkildə bir neçə evliliyin ola bilər

Dünyanın bir sıra ölkələrində poligamiya - yəni bir kişinin eyni anda bir neçə qadınla rəsmi nikah bağlaması qanunla tanınır. Bu praktika əsasən İslam şəriətinə və bəzi bölgələrin ənənəvi hüquq normalarına əsaslanır.

Far.Az-in araşdırmasına görə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Yəmən və digər ərəb ölkələrində kişi dörd qadına qədər evlənə bilər. Bu, şəriət qanunlarının dövlət qanunvericiliyi ilə uyğunlaşdırılması nəticəsində rəsmiləşdirilib.

Afrikanın bir çox ölkələrində də poligamiya qanunla icazəli hesab olunur. Məsələn, Mali, Seneqal, Qambiya, Kamerun və Mərakeşdə kişi bir neçə qadınla evlənə bilər. Bununla belə, bəzi hallarda arvadların razılığı və dövlət orqanlarının təsdiqi tələb olunur.

Maldiv adalarında kişi ən çox dörd arvadla nikah qura bilər. Burada xüsusi qayda mövcuddur: yeni evliliyə icazə üçün şəxsin maliyyə imkanları əvvəlcədən yoxlanılır.

Mavritaniyada isə kişi mövcud həyat yoldaşlarının razılığını alaraq rəsmi şəkildə başqa qadınla evlənə bilir.

Nigeriyada poligamiya yalnız bəzi bölgələrdə, xüsusilə şəriət qanunlarının tətbiq olunduğu şimal əyalətlərində rəsmən tanınır. Ölkənin federal qanunvericiliyində isə belə nikah forması qeydə alınmır.

Ekspertlərin sözlərinə görə, poligamiya qanuni olan ölkələrin çoxunda bu praktika yalnız dini və ya ənənəvi hüquqa əsaslanır. Müasir Qərb ölkələrində isə bir neçə evlilik qadağan edilir və tanınmır.

Seçilən
25
4
far.az

5Mənbələr