AZ

Pezeşkian: “AEBA nəzarətində idik, bəs  İsrailin hücumuna nə ad verilir?” 

İran prezidenti Məsud Pezeşkian “Fox News” telekanalına müsahibədə İsrailin İranın nüvə obyektlərinə hücumlarını sərt tənqid edib. Vətəninfo.az xəbər verir ki, o, bildirib ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) üzvü olaraq fəaliyyət göstərib.

Prezident sual edib: “Əgər biz səhv bir addım atmışıqsa, buna müdaxilə etmək hüququ İsrailəmi verilir?” Pezeşkian İsrailin NPT-ni qəbul etmədiyini və nüvə silahlarına malik olduğunu vurğulayaraq, beynəlxalq ictimaiyyətin bu məsələ ilə maraqlanmamasını tənqid edib.

“İsrailin nə haqqı var idi ki, beynəlxalq hüququ pozaraq nüvə obyektlərimizi bombalasın və buna görə heç kim onu qınamasın?” – deyə, o, vurğulayıb.

İran prezidenti əlavə edib ki, Tehran beynəlxalq hüquq çərçivəsində istənilən əməkdaşlığa hazırdır və mövcud standartlar bölgədə gərginliyi artırır.

Seçilən
15
veteninfo.az

1Mənbələr