AZ

İran məlumat bazalarına çıxışı olan  “İsrail casusunu” edam edib

Bu gün İran hökuməti “sionist rejimin kəşfiyyat xidməti ilə əməkdaşlıqda” ittiham olunan Bəhmən Çubi Əslini dar ağacından asıb. Ulusal.az xəbər verir ki, o, dövlətə məxsus məlumat bazalarına yüksək səviyyədə çıxış imkanı olan məlumat bazası mütəxəssisi kimi müxtəlif hökumət layihələrinə qatılıb.

Bildirilib ki, Çubi “Mossad” əməkdaşları tərəfindən xüsusi təlimlərə cəlb olunub və tapşırıqların yerinə yetirilməsi müqabilində pul alıb.

İranın Məhkəmə-Ədliyyə Sistemi onun bu fəaliyyətini milli təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirərək edam hökmü çıxarıb və ölüm cəzasını həyata keçirib.

Qeyd edək ki, son illər ərzində İran “İsrail kəşfiyyatı ilə əməkdaşlıq” ittihamı ilə bir sıra şəxsləri həbs edib və bəzilərinə ölüm hökmü verilib.

Seçilən
17
1
moderator.az

2Mənbələr