AZ

“BakuBus” MMC-nin Gəncə Avtoparkına media-tur təşkil edilib - FOTO

Gəncədə yeni istifadəyə verilən “BakuBus” MMC-nin Gəncə Avtoparkına mediatur təşkil edilib.

APA-nın yerli bürosunun məlumatına görə, jurnalistlər “BakuBus” MMC-nin Gəncə Avtoparkın ərazisi ilə tanış olublar.

Media nümayəndələri yeni istifadəyə verilən “BakuBus” MMC-nin Gəncə Avtoparkına ərazisinə baxış keçirdikdən sonra onlara avtopark haqqına məlumat veriliblər. Bildirilib ki, parkın inşasına bu ilin yanvarında başlanıb. 300 yerlik avtoparkın ümumi sahəsi 10 hekatardır. Parkda texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli yanacaq təsərrüfatı, saatda 60 avtobusun yuyulması gücünə malik kompleks inşa edilib.

Avtobus parkının yaradılması nəticəsində 675 nəfər işlə təmin olunub. Onlardan 553 nəfəri sürücü, 122 nəfəri isə inzibati və texniki heyətdir. Jurnalistlərin nəzərinə çatdırılıb ki, bu layihənin həyata keçirilməsi, ilk növbədə, paytaxt Bakıdan sonra respublikanın ən böyük şəhəri olan Gəncənin nəqliyyat-sərnişin daşıma infrastrukturunun müasirləşdirilməsi baxımından çox mühüm rol oynayır.

“BabuBus” MMC-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva bildirib ki, paytaxtdan sonra ölkənin ikinci böyük şəhərində ictimai nəqliyyat yenilənib. Bundan sonra ölkənin digər bölgələrində də yenilənməsi nəzərdə tutulub. "İctimai nəqliyyat infrastrukturunun müasir çağırışlara uyğun təşkili ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlara uyğun olaraq “BakuBus” MMC tərəfindən ardıcıl tədbirlər həyata keçirilməkdədir. Yalnız paytaxt ərazisinin deyil, digər iri şəhərlərin də qeyd olunan tədbirlərlə əhatə edilməsi daim diqqət mərkəzində saxlanılır. 27 sentyabrda Gəncə şəhərində “BakuBus” MMC-yə məxsus yeni avtobus parkının açılışı baş tutub. Tikintisinə 2025-ci ilin fevral ayında başlanan və ümumilikdə 10 hektar ərazini əhatə edən parkın ərazisində müasir tələblərə uyğun inzibati bina, yuma, təmir və monitorinq mərkəzləri fəaliyyət göstərəcək. Avtobus parkının deposunda ümumilikdə 300 avtobusun saxlanması imkanı mövcuddur. Avtobus parkının istismara verilməsi ilə müxtəlif ölçülü 280 ədəd “Yutong” markalı müasir avtobus Gəncə sakinlərinə xidmət edəcək. Onlardan 45 ədədi 54 nəfərlik, 186 ədədi 63 nəfərlik, 49 ədədi isə 102 nəfərlik tutuma malikdir. Avtobuslar idarəçiliyi “BakuBus” MMC tərəfindən həyata keçiriləcək 18-i şəhərdaxili, 2-si isə şəhərdənkənar olmaqla ümumilikdə 20 marşrut xətti üzrə istismara buraxılacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də “BakuBus” MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib.

“BakuBus” “BakuBus” “BakuBus” “BakuBus” “BakuBus”
Seçilən
195
50
apa.az

10Mənbələr