AZ

David Tonoyanla bağlı ŞOK İDDİA – 44 günlük müharibə zamanı…

Ermənistanın Respublika Partiyasının üzvü, müxalifətçi deputat Tiqran Abramyan özünün “Facebook” səhifəsində bildirib ki, o, keçmiş müdafiə naziri David Tonoyanın kitabı/müsahibələr silsiləsi ilə tanış olub.

Bu barədə erməni mediası məlumat yayıb.

Abramyanın iddiasına görə, bu materiallarda 44 günlük müharibənin səbəbləri və məğlubiyyətlə bağlı çoxsaylı məqamlar təqdim olunur.

“Kitabda 2018–2020-ci illərdə hakimiyyətin hərbçilərə təzyiqləri, həmin dövrdə nazirin danışıqlar prosesindən xəbərsiz qalması, hərbi büdcəyə zəruri vəsaitlərin ayrılmaması, müharibə zamanı isə özünün təcrid olunması kimi mövzular geniş işıqlandırılıb.

Tonoyanın müsahibələrində müəyyən qədər özünü haqlı çıxarma cəhdi hiss olunsa da, mən vacib sayıram ki, o, keçmişdə əsas vəzifə tutmuş bir şəxs kimi 44 günlük müharibədən əvvəlki və müharibə dövründəki çoxsaylı epizodlarla bağlı müəyyən detallar təqdim edib. Bu isə hazırkı hakimiyyətin məğlubiyyətə və sonrakı faciəvi hadisələrə görə açıq-aşkar məsuliyyət daşıdığını göstərir”, – deyə Tiqran Abramyan yazıb.

Musavat.com

Seçilən
4
2
editor.az

3Mənbələr