AZ

Tramp Kiyevə görə müzakirələrə başladı Kremldən REAKSİYA

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Ukraynaya cəbhədəki vəziyyəti dəyişməyə imkan verə biləcək sehrli silah yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Jurnalistlər ondan ABŞ-ın “Tomaqavk” qanadlı raketlərinin münaqişə zonasına çatdırılacağı təqdirdə Moskvanın necə cavab verəcəyini soruşublar.

“Gəlin, əvvəlcə bunun yaratdığı təhlükələri anlayaq və prosesdə kimin iştirak edəcəyini müəyyən edək, sonra isə öz mövqeyimizi müəyyənləşdirə bilərik. Amma hazırda Kiyev rejimi üçün cəbhədəki vəziyyəti dəyişə biləcək heç bir çarə yoxdur”, – Peksov bildirib.

Sentyabrın 28-də ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Fox News” telekanalına müsahibəsində deyib ki, Ağ Ev NATO-ya üzv olan digər ölkələrə “Tomaqavk” qanadlı raketlərinin tədarükü imkanlarını müzakirə edir. Bu ölkələrdən də öz növbəsində onları Kiyevə köçürmələri tələb olunacaq.Vensin sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərarı ABŞ prezidenti Donald Tramp verəcək.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
globalinfo.az

1Mənbələr