AZ

Azərbaycanda 8 ayda sığorta bazarında ödənişlər artıb

ain.az, Metbuat saytına istinadən bildirir.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 249,861 milyon manat sığorta haqqı toplanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,3 % çoxdur.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 92,675 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 8,4 % çoxdur.

Beləliklə, 8 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 37,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 36,4 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 48,074 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 603,414 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,1 % çoxdur.

8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 57,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 53,7 manat olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
9
metbuat.az

10Mənbələr