AZ

Üçqat dünya çempionu yuxuda ÖLDÜ

Boks üzrə üçqat dünya çempionu İrina Sinetskaya 46 yaşında yuxuda dünyasını dəyişib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə TASS məlumatlı mənbəyə istinadən məlumat yayıb. İdmançının ölümünün səbəbləri araşdırılır. Agentliyin mənbəsinin dəstəklədiyi ilkin araşdırmaya görə, səbəb qan laxtalanması ola bilər.

İrina Sinetskaya dünya çempionatlarında üç qızıl medalla yanaşı, 11 qat Rusiya çempionu və beş qat Avropa çempionu olub. O, həmçinin dünya və Avropa çempionatlarının gümüş və bürünc medallarını qazanıb. O, Rusiyanın Əməkdar İdman Ustası adına layiq görülüb.

Seçilən
1
cebheinfo.az

1Mənbələr